Barselona: Toro Rosso STR11-in rəng çalarlarını təqdim edib

Təqdimetmə mərasimi 2-ci testlərin ilk gününün başlamasına 1 saat qalmış keçirilib.

F-1.az xatırladır ki, Toro Rosso 22 fevralda – mövsümöncəsi testlərin ilk günündə yeni maşını STR11-i təqdim etmişdi. Lakin maşın rənglənməmiş, rəng çalarlarının dünən üçün təqdim ediləcəyi deyilirdi. Komanda isə təqdimetməni bu günə saxlayıb.

Maşının rəng çalarlarında keçənilki ilə müqayisədə kiçik fərqlər ilk baxışdan sezilir. Arxa qanadın yan tərəflərində komandanın yeni sponsoru Simply Cola şirkətinin loqoları əks olunub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*