F-1.az xəbər verir ki, Red Bull bu gün – testlərin ilk günündə rəsmi internet saytından yeni maşını olan RB12-ni təqdim edib.
Komanda 2011-ci ildən bəri titul sponsoru olan İnfiniti ilə yollarını ayırmış və yeni titul sponsoru TAG Heuer olmuşdu.
Bolidin texniki göstəriciləri barədə daha sonra geniş məlumat verəcəyik. Bizi izləyin…