F-1.az xəbər verir ki, qarı tezliklə yağış əvəzləyib. Üçsaatlıq gecikmədən sonra yaşıl işıq yanıb, lakin komandalar işləmək istəməyiblər. Çünki belə şəraitdə sürüşərək qəza etmək ehtimalı böyükdür. Ferrari komandası rəsmən təsdiqləyib ki, bu gün testlərdə iştirak etməyəcək.
Paddokda isə gələn mövsüm qış testlərinin daha isti və quru havası olan Bəhreyndə keçirilməsi məsələsi yenidən müzakirə olunmağa başlayıb. Bu qərarın tərəfdarlarının bu gün danışmaq üçün haqlı arqumentləri var.
Yağış başlayandan sonra yerdəki qar tez əriyib. Hər halda bir neçə sürücü trasa çıxıb. İlk olaraq Alonso və Rikkardo yağış təkərləri ilə bir dövrə vurublar. Eriksson çınqıllığa çıxıb, lakin boksa qayıda bilib. Sonra isə yağış güclənib.
Sabah ilk testlərin son günüdür. Havanın temperaturu +15 dərəcəyə qədər yüksələcək, lakin bütün günü yağış yağacağı gözlənilir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 14 | Fernando Alonso | McLaren | 2:18.545 | – | 11 | Wet |
2 | 3 | Daniel Rikkardo | Red Bull | – | – | 2 | |
3 | 9 | Markus Eriksson | Sauber | – | – | 1 | |
4 | 28 | Brendon Hartli | Toro Rosso | – | – | 1 | |
5 | 40 | Robert Kubitsa | Williams | – | – | 1 |