F-1.az xəbər verir ki, Mercedes-də nahara qədər Həmilton işləyib, sonra isə onu Bottas əvəz edib. Lakin finlandiyalı sürücünün mühəndisi yağ sızıntısına görə maşını saxlamasını istəyib – builki testlərdə ilk dəfə çempion komandanın maşınındakı problemə sessiya görə qırmızı bayraqlarla dayandırılıb. Onun maşınında güc qurğusu dəyişdirilib və Bottas günün sonunda trasa qayıda bilib.
Ferrari də son illərdə ilk dəfə günlük proqramı sürücüləri arasında bölüb – Lekler səhər saatlarında soyutma sistemindəki problemə görə xeyli vaxt itirib, Fettel isə nahardan sonra yarış simulyasiyası edib.
Sessiya daha iki dəfə Norrisin maşınındakı problemlərə görə dayandırılıb – Lando nahardan əvvəl hidravlik sistemdəki problemə görə trasdan çıxıb və komanda bir neçə saat vaxt itirməli olub. Son saatda isə maşın yenidən tras üzərində dayanıb.
Williams bu il ilk dəfə gün ərzində 100-dən çox dövrə vura bilib. Axşama doğru sürücülər daha yumşaq təkərlərə keçiblər və bu da nəticələrə öz təsirini göstərib. Ən sürətli dövrə isə Lando Norrisdən gəlib – 1:17.709. Testlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 4 | Lando Norris | McLaren | 1:17.709 | – | 80 | C4 |
2 | 10 | Pyer Qasli | Red Bull | 1:17.715 | + 0:00.006 | 136 | C3 |
3 | 18 | Ləns Stroll | Racing Point | 1:17.824 | + 0:00.115 | 82 | C5 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:17.925 | + 0:00.216 | 81 | C3 |
5 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.589 | + 0:00.880 | 99 | C4 |
6 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:18.649 | + 0:00.940 | 103 | C4 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:18.651 | + 0:00.942 | 29 | C3 |
8 | 20 | Kevin Maqnussen | Haas | 1:18.769 | + 0:01.060 | 131 | C4 |
9 | 63 | Corc Rassel | Williams | 1:19.662 | + 0:01.953 | 119 | C5 |
10 | 3 | Daniel Rikkardo | Renault | 1:20.107 | + 0:02.398 | 77 | C3 |
11 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:20.167 | + 0:02.458 | 7 | C2 |
12 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.332 | + 0:02.623 | 83 | C2 |
13 | 27 | Niko Hülkenberq | Renault | 1:20.348 | + 0:02.639 | 80 | C3 |