Belə hava şəraiti komandalara məlumat toplamaqda çətinlik yaradıb. Sürücülər təkərləri qızdıra bilməyiblər və sürüşmələr çox olub.
F-1.az xəbər verir ki, ilk gün sakit keçib. Testlər yalnız iki dəfə qırmızı bayraqlarla dayandırılıb. İlk saatın tamamında Fernando Alonsonun maşını arxa sağ təkər yaxşı bağlanmadığı üçün çınqıllığa düşüb. Maşında zədələr əmələ gəlib və ispan sürücü 3 saatını itirərək, yalnız nahara az qalmış trasa qayıda bilib. Force İndia üçün çalışan Nikita Mazepin də startdan 3 saat sonra dördüncü döngədə idarəetməni itirərək trasdan çıxıb. Rusiyalı sürücü üçün testlərin ilk günü erkən başa çatıb.
Günün ikinci hissəsində komanda yoldaşlarını əvəzləyərək sükan arxasında əyləşən sürücülərin bəxti gətirməyib – sona bir saat qalmış yağış başlayıb. Bəzi sürücülər keçid və yağış təkərləri ilə dövrələr vursalar da, bir çoxları trasa çıxmayıblar.
Daniel Rikkardonun nahardan əvvəl göstərdiyi nəticə keçilməz olub – 1:20.179. Avstraliyalı həm də 105 dövrə ilə ən çox məsafə qət edən sürücü olub. Lakin hazırda protokollara başçılıq etməyin heç bir əhəmiyyəti yoxdur, çünki komandalar hələ sürətli dövrələr barədə düşünmürlər, kiçik problemləri həll etməklə və bolidin başqa cəhətlərini yoxlamaqla məşğuldurlar.
Testlər sabah Bakı vaxtı ilə saat 12:00-dan etibarən davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:20.179 | – | 105 | Medium |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:20.349 | + 0:00.170 | 58 | Medium |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:20.506 | + 0:00.327 | 80 | Soft |
4 | 27 | Niko Hülkenberq | Renault | 1:20.547 | + 0:00.368 | 73 | Medium |
5 | 14 | Fernando Alonso | McLaren | 1:21.339 | + 0:01.160 | 51 | SuperSoft |
6 | 55 | Karlos Sayns | Renault | 1:22.168 | + 0:01.989 | 26 | Soft |
7 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:22.327 | + 0:02.148 | 25 | Medium |
8 | 28 | Brendon Hartli | Toro Rosso | 1:22.371 | + 0:02.192 | 93 | Soft |
9 | 18 | Ləns Stroll | Williams | 1:22.452 | + 0:02.273 | 46 | Soft |
10 | 8 | Roman Qrojan | Haas | 1:22.578 | + 0:02.399 | 55 | Soft |
11 | 9 | Markus Eriksson | Sauber | 1:23.408 | + 0:03.229 | 63 | Soft |
12 | 34 | Nikita Mazepin | Force İndia | 1:25.628 | + 0:05.449 | 22 | Medium |
13 | 35 | Sergey Sirotkin | Williams | 1:44.148 | + 0:23.969 | 27 | Soft |