F-1.az bildirir ki, daha yumşaq təkərlərlə və gücü daha çox açılmış motorlarla yeni reqlamentə uyğun maşınların ötmə qabiliyyətləri test edilib. Növbəti testlərə hələ həftədən çox vaxt olduğu üçün komandaar bu sarıdan da ola biləcək problemləri indidən görərək bu fasilədə aradan qaldırmağa fokuslanıblar.
Bu gün qırmızı bayraqlar əvvəlki günlərə nisbətən daha çox olub. Alonsonun maşını hidravlik maye borusu partladığı üçün alovlanıb və Alpine günü erkən başa vurmağa məcbur olub. Maşının arxa hissəsi tamamilə yanıb və ehtiyat hissələr olmayıb. Daha sonra Fettelin maşını tüstülənib, buna da yanacaq sızması səbəb olub. Onun maşını da alovlanıb. Onlar üçün də Barslelona testləri erkən başa çatıb.
Növbəti qırmızı bayraqlar beşinci döngədə qəza edən Qasliyə görə çıxıb. Çjou da qəza edərək sessiyanın növbəti dəfə dayanmasına səbəb olub. Gün Haas üçün gərgin alınıb. Komanda rus sponsoruna aid reklamları boliddən götürüb. Mazepin gün ərzində cəmi 9 dövrə vura bilib. Rusiyalı sürücü yağ sızmasına görə proqramını davam etdirə bilməyib. Şumaxer də nahardan sonra işləyə bilməyib. Çünki problem çox ciddi olub.
Tez-tez çıxan qırmızı bayraqlar uzun dövrələrə mane olub. Günortadan sonraya yağış proqnozlaşdırılsa da, bu, baş verməyib. Pirelli yağış təkərlərinin sınağı üçün asfaltı süni şəkildə suladıb. Lakin sürücülər bu təkərlərlə cəmi bir neçə dövrə vurduqdan sonra keçid təkərlərini taxıblar. Tras çox tez quruyub.
Ən sürətli dövrəni C4 təkərləri ilə Lyuis Həmilton vurub – 1:19.138. O, həm də 93 dövrə ilə ən çox məsafə qət edən sürücü olub.
İştirakçılar növbəti testlər üçün martın 10-da Bəhreyndə toplaşacaqlar. Testlər başa çatdıqdan bir həftə sonra isə bizi mövsümün ilk yarışı gözləyir.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.138 | – | C4 | 93 |
2 | 63 | Corc Rassell | Mercedes AMG | 1:19.233 | + 0.00.095 | C5 | 66 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:19.556 | + 0.00.418 | C4 | 74 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.756 | + 0.00.618 | C3 | 59 |
5 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:19.824 | + 0.00.686 | C5 | 48 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:19.831 | + 0.00.693 | C3 | 44 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:20.072 | + 0.00.934 | C3 | 91 |
8 | 23 | Aleksander Elbon | Williams | 1:20.318 | + 0.01.561 | C4 | 93 |
9 | 6 | Nikolas Latifi | Williams | 1:20.699 | + 0.01.652 | C4 | 13 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 1:20.790 | + 0.01.689 | C3 | 85 |
11 | 4 | Lando Norris | McLaren | 1:20.827 | + 0.02.104 | C3 | 52 |
12 | 14 | Fernando Alonso | Alpine | 1:21.242 | + 0.02.801 | C3 | 12 |
13 | 24 | Qunayu Çjou | Alfa Romeo | 1:21.939 | + 0.03.331 | C3 | 41 |
14 | 10 | Pyer Qasli | AlphaTauri | 1:22.469 | + 0.03.514 | C2 | 40 |
15 | 9 | Nikita Mazepin | Haas | 1:26.229 | + 0.07.091 | C3 | 9 |
16 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:30.433 | + 0.11.295 | Inter. | 11 |