F-1.az bildirir ki, ümumi problemlərdən biri maşınlarda vertikal əsmələr olub. Simulyatorda meydana çıxmadığı üçün belə bir effekt gözlənilməz olub. Komandalar 90-cı illərdə də oxşar problemlə üzləşib. Yüksək sürətdə “qraund-effekt” maşını asfalta sıxır, toxunma baş verdikdə isə asfaltayatma qüvvəsi dərhal azalır və maşın yırğalanmağa başlayır. Bu problem demək olar ki. hamıda özünü göstərib və həll yollarını gözləyir. Hər kəs yüksək sürət zamanı bu hadisənin baş verməsinin təhlükəli olmasında həmfikirdir.
Gün əksəriyyəti üçün məhsuldar alınıb – uzun məsafələr qət etmək və çox sayda məlumat toplamaq mümkün olub. Dünən qırmızı bayraqlar yox idisə də, bu gün 2 dəfə olub. Nahardan əvvəl Peres ötürmələr qutusundakı problemə görə trasda dayanmalı olub, sonra isə Mazepinin yanacaq nasosu sıradan çıxıb. Haas dünən də oxşar nasazlıq ilə üzləşib.
Formula1-də ilk çinli sürücü olan Quanyu Çjou ilk dəfə rəsmi sessiyada iştirak edib. Sürücülər gün ərzində daha çox C2 və C3 tərkiblərinə üstünlük veriblər və heç kim sıralanma rejimində sürməyib. Sensorlarından birində nasazlıq olduğu üçün proqramı məhdudlaşdırılan Həmilton ən pis nəticəni göstərib. İkinci günün ən yaxşı dövrəsini 1:19.689-luq nəticə ilə Şarl Lekler vurub. Ən çox məsafə qət edən sürücü isə Pyer Qasli olub – 147 dövrə. Ferrari isə ümumilikdə 150 dövrə ilə bu baxımdan komandalar arasında bu günü də lider kimi başa vurub.
Sabah Barselona testlərinin son günüdür…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:19.689 | – | C3 | 79 |
2 | 10 | Pyer Qasli | AlphaTauri | 1:19.918 | + 0.00.229 | C4 | 147 |
3 | 3 | Daniel Rikkardo | McLaren | 1:20.288 | + 0.00.599 | C4 | 126 |
4 | 63 | Corc Rassell | Mercedes AMG | 1:20.537 | + 0.00.848 | С3 | 66 |
5 | 55 | Karlos Sayns | Ferrari | 1:20.546 | + 0.00.857 | C3 | 71 |
6 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:20.784 | + 0.01.095 | C3 | 74 |
7 | 11 | Serxio Peres | Red Bull | 1:21.430 | + 0.01.741 | C2 | 78 |
8 | 9 | Nikita Mazepin | Haas | 1:21.512 | + 0.01.823 | C3 | 42 |
9 | 23 | Aleksander Elbon | Williams | 1:21.531 | + 0.01.842 | C3 | 47 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:21.885 | + 0.02.196 | C3 | 71 |
11 | 6 | Nikolas Latifi | Williams | 1:21.894 | + 0.02.205 | C3 | 61 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:21.920 | + 0.02.231 | C2 | 55 |
13 | 47 | Mik Şumaxer | Haas | 1:21.949 | + 0.02.260 | C3 | 66 |
14 | 31 | Esteban Okon | Alpine | 1:22.164 | + 0.02.475 | C3 | 125 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:22.288 | + 0.02.599 | C3 | 21 |
16 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:22.562 | + 0.02873 | C2 | 40 |