Komandaların çoxunda sürücülər dəyişib: Kimi Rəykkönen, Felipe Massa, Daniil Kvyat, Niko Hülkenberq, Kevin Maqnussen və Rio Haryanto bu gün qış testləri çərçivəsində ilk dəfə yeni maşınların sükanı arxasına oturublar.
Səhər mexaniklər oturacaqları dəyişdikdən sonra yeni sürücülər trasa tələsiblər. Kimi Rəykkönen isə boksda ləngiməli olub – yeni SF16-H-in yanacaq sistemində problemlər üzə çıxıb, ona görə də finlandiyalı sürücü yalnız nahardan bir qədər əvvəl sadəcə sistemlərin yoxlanması üçün trasa çıxa bilib.
Mercedes AMG komandası test proqramında dəyişiklik etməli olub – sürücülər ilk iki gün ərzində 5 İspaniya Qran Prisinin məsafəsini qət ediblər, ona görə də komanda yüklənməni azaltmaqla məsafəni artırmaq qərarına gəlib. Bu gün və sabah sürücülər günü yarıya böləcəklər. Bu gün nahara qədər Rosberq işləyib, nahardan sonra isə Həmilton testlərə davam edəcək.Komanda nahardan sonra yeni ön antiqanadı test edəcək.
Komandalar hələ də yeni elementlərin aerodinamik effektliyinin qiymətləndirilməsi ilə məşğul olublar – uzun dövrələr seriyasında maşınların etibarlılığı da yoxlanılır.
Səhər qırmızı bayraqlar dalğalanıb – pit-leynin çıxışında karlos Saynsın maşını dayanıb, mexaniklər sürücünü trasa təkəri pis bağlayaraq buraxıblarmış. Marşallar maşını boksa qaytarıblar, sürücü bir müddət sonra trasa qayıdıb.
İkinci dəfə qırmızı bayraqların dalğalanmasına Haryanto səbəb olub – debütant sürücü 5-ci döngədə trasdan çıxıb və çınqıllı zonaya düşüb. Maşın və sürücü zədə almayıblar.
Yalnız Maqnussen Soft təkərlərlə işləyib, qısa dövrə seriyasında danimarkalı sürücü ikinci nəticə göstərə bilib. Protokollara isə Niko Hülkenberq başçılıq edib. Ən çox məsafəni isə Niko Rosberq qət edib. Nahardan sonra testlər davam edəcək…
Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1. N.Hülkenberq | Force İndia | 1:25.286 | – | 37 |
2. K.Maqnussen | Renault | 1:26.014 | + 0:00.728 | 61 |
3. N.Rosberq | Mercedes AMG | 1:26.084 | + 0:00.798 | 73 |
4. K.Sayns | Toro Rosso | 1:26.239 | + 0:00.953 | 64 |
5. D.Kvyat | Red Bull | 1:26.497 | + 0:01.211 | 29 |
6. F.Massa | Williams | 1:26.712 | + 0:01.426 | 56 |
7. F.Nasr | Sauber | 1:26.840 | + 0:01.554 | 59 |
8. C.Batton | McLaren | 1:26.919 | + 0:01.633 | 44 |
9. R.Qrojan | Haas | 1:26.955 | + 0:01.669 | 53 |
10. R.Haryanto | Manor | 1:29.808 | + 0:04.522 | 25 |
11. K.Rəykkönen | Ferrari | – | – | 4 |