F-1.az bildirir ki, güc nisbətlərinin necə olacağını məlum olmasa da, güclülülərin zəifləyəciyini kimsə gözləmir. Komandalar yenilikləri təqdimatlarda gizləmişdilər, burada isə daha çox detal gün üzünə çıxıb. Demək olar ki, bütün komandalar az qala bütün döngələrə öz fotoqraflarını rəqib maşınların şəkillərini çəkmək üçün yerləşdiriblər. Lakin Bəhreyndəki testlərdə də dəyişikliklər çox olacaq.
Çoxları maşınların yayda təqdim edilən konsepsiyaya bənzəyəcəyini göstərsə də, hər komandanın maşını fərqli alınıb – bu gün testlərdə demək olar ki, tamamilə fərqli 10 bolid görmüşük.
Bütün komandalar əsas sürücüləri ilə çalışsa da, Alfa Romeo ehtiyat sürücü Robert Kubitsanın köməyindən istifadə edib. Lakin gün polşalı sürücü üçün uğursuz olub. O, texniki problemlərə görə cəmi 9 dövrəlik məsafə qət edə bilib. Alfa Romeo həm də rəng çalarlarını hələ də üzə çıxarmayan yeganə komanda olaraq qalır – bu gün həm maşınlar, həm də sürücülərin geyimləri və dəbilqələri kamuflyajlı olub. Roberti nahardan sonra Valtteri Bottas əvəzləyib, lakin o da problemlərdən yan keçə bilməyib.
Nahara qədər nəzərə çarpan yeganə insident Maks Ferstappenin çınqıllığa düşməsi olub. Lakin ötən ilin çempionu yoluna davam edə bilib. Nahardan sonra isə yalnız bir dəfə – Lando Norris pit yolunun çıxışında dayandığı üçün bir neçə saniyəlik peyda olub. Sonradan o da yoluna davam edə bilib. Britaniyalı gənc sürücü sonlara yaxın günün ən yaxşı nəticəsinə imza atıb – 1:19.568.
Testlərdə sürətli dövrə əsas deyil. Mümkün qədər çox məsafə qət edərək daha çox məlumat toplamaq lazımdır. Bu mənada günün lideri Fernando Alonsonu cəmi 1 dövrə üstələyərək 147 dövrə vuran Maks Ferstappen olub.
Testlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 4 | Lando Norris | McLaren | 1:19.568 | – | 102 | С4 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:20.165 | + 0.00.597 | 80 | С3 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:20.416 | + 0.00.848 | 73 | С3 |
4 | 63 | Corc Rassell | Mercedes AMG | 1:20.784 | + 0.01.216 | 77 | С3 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.929 | + 0.01.361 | 50 | С3 |
6 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:21.276 | + 0.01.708 | 52 | С3 |
7 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:21.638 | + 0.02.070 | 120 | С3 |
8 | 14 | Fernando Alonso | Alpine | 1:21.746 | + 0.02.178 | 146 | С3 |
9 | 33 | Maks Ferstappen | Red Bull | 1:22.246 | + 0.02.678 | 147 | С2 |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:22.572 | + 0.03.004 | 23 | С3 |
11 | 23 | Aleksander Elbon | Williams | 1:22.760 | + 0.03.192 | 66 | С3 |
12 | 47 | Mik Şumaxer | Haas | 1:22.962 | + 0.03.394 | 23 | С3 |
13 | 18 | Ləns Stroll | Aston Martin | 1:23.327 | + 0.03.759 | 67 | С3 |
14 | 6 | Nikolas Latifi | Williams | 1:23.379 | + 0.03.811 | 66 | С3 |
15 | 9 | Nikita Mazepin | Haas | 1:24.505 | + 0.04.888 | 20 | С2 |
16 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:25.909 | + 0.06.341 | 9 | С3 |