F-1.az bildirir ki, sessiyanın əvvəlində sürücülər keçid təkərlərlə bir-iki dövrə vuraraq boksa qayıdıblar – hamı əvvəlcə baza sistemlərin işləməsini yoxlayıb. Keçən ilk test günü Rosberq 157 dövrə qət etməklə rəqiblərini şoka salmışdı, bu gün həmin hadisə təkrar ola bilər, çünki nahara qədər Həmilton artıq 66 dövrə vurub.
Bu gün təqdim olunmuş VJM09 bir ssatdan sonra trasda görünüb, Manor komandası isə fotosessiyasız birbaşa trasa tələsib.
Nahara yaxın havanın temperaturu +20 dərəcəyədək qızıb. İlk olaraq sliklərə Valtteri Bottas keçib. Asfalt qızdıqca sürətlər də artıb.
Ferrari dünən trasda ilkin yoxlamaları keçirdiyi üçün aerodinamik elementlərin effektliyinin qiymətləndirilməsinə başlayıb – maşında çoxlu əlavə cihazlar qurulub. Williams komandası da nahara yaxın aerodinamik yenilikləri yoxlamağa başlayıb.
Dörd saat ərzində qırmızı bayraqlar da dalğalanıb – Roman Qrojan yeni Haas maşınını burunsuz qoyub, marşallar isə trası qırıntılardan təmizləməli olublar.
Motorun səsinə gəlincə, səs doğrudan da artıb. Birsaatlıq fasilədən sonra testlər davam edəcək…
Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1. S.Fettel | Ferrari | 1:24.939 | – | 36 |
2. L.Həmilton | Mercedes | 1:25.409 | + 0:00.470 | 66 |
3. V.Bottas | Williams | 1:26.091 | + 0:01.152 | 43 |
4. D.Rikkardo | Red Bull | 1:26.704 | + 0:01.765 | 20 |
5. K.Sayns | Toro Rosso | 1:27.180 | + 0:02.241 | 35 |
6. C.Batton | McLaren | 1:27.691 | + 0:02.752 | 35 |
7. M.Eriksson | Sauber | 1:28.165 | + 0:03.226 | 36 |
8. R.Qrojan | Haas | 1:28.399 | + 0:03.460 | 13 |
9. A.Selis | Force İndia | 1:29.406 | + 0:04.467 | 21 |
10. C.Palmer | Renault | 1:31.351 | + 0:06.412 | 15 |
11. P.Verlyayn | Manor | 1:33.455 | + 0:08.516 | 7 |