F-1.az xəbər verir ki, dördüncü gün də trasdan çıxma ilə başlayıb – Norris nə qədər ehtiyatlı davranmağa çalışsa da, özünü beşinci döngədəki çınqıllıqda tapıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Qırmızı bayraqlar ikinci dəfə nahardan sonra dalğalandırılıb. Bu dəfə Hülkenberq komandanın tələbi ilə trasda dayanmalı olub, bütün sürücülər dövrələrini tamamlayaraq bokslara qayıdıblar.
Kubitsa günün ilk hissəsində komandasına kömək edib. 48 dövrə vuran polşalı sürücünü günün ikinci hissəsində Corc Rassel əvəzləyib və aerodinamikanı test etməyə başlayıb. Gənc sürücü yavaş və sabit dövrələr vurub.
Sürücülərin əksəriyyəti ən yumşaq tərkiblə sürətli dövrələr vurmaq üçün çalışıblar. Günün ilk hissəsində C4 tərkibləri ilə nəticə göstərən Həmilton Rikkardoya bir qədər uduzub. Nahardan sonra isə onları komanda yoldaşları əvəzləyib, bu dəfə də Hülkenberq Bottası üstələməyə nail olaraq protokollara başçılıq edib – 1:17.393
Günün ən çox dövrə vuran sürücüsü Covinatsi olub, lakin son dəqiqələrdə maşını trasda saxlamalı olub və sessiya üçüncü dəfə qırmızı bayraqlarla dayandırılıb.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 27 | Niko Hülkenberq | Renault | 1:17.393 | – | 24 | С5 |
2 | 23 | Aleksandr Elbon | Toro Rosso | 1:17.637 | + 0:00.244 | 136 | С5 |
3 | 3 | Daniel Rikkardo | Renault | 1:17.785 | + 0:00.392 | 34 | С5 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:17.857 | + 0:00.464 | 57 | С5 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.977 | + 0:00.584 | 58 | С4 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:18.046 | + 0:00.653 | 138 | С3 |
7 | 4 | Lando Norris | McLaren | 1:18.431 | + 0:01.038 | 132 | С4 |
8 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.511 | + 0:01.118 | 154 | С3 |
9 | 8 | Roman Qrojan | Haas | 1:18.563 | + 0:01.170 | 64 | С3 |
10 | 20 | Kevin Maqnussen | Haas | 1:18.720 | + 0:01.327 | 66 | С3 |
11 | 10 | Pyer Qasli | Red Bull | 1:18.780 | + 0:01.387 | 146 | С3 |
12 | 18 | Ləns Stroll | Racing Point | 1:19.664 | + 0:02.271 | 72 | С2 |
13 | 63 | 13. Д.Расселл | Williams | 1:20.997 | + 0:03.604 | 17 | С3 |
14 | 88 | Robert Kubitsa | Williams | 1:21.542 | + 0:04.149 | 48 | С2 |