Barselona, 18.02.2019

Formula1-də maşınların etibarlılığı demək olar ki, hər il artıq. Testlərin ilk günündə komandaların hamısı yarış məsafəsindən daha çox yol qət edə bilib. Arabir xırda problemlər yaransa da, dərhal aradan qaldırılıb.

Testlərə maşını vaxtında çatdıra bilməyən yeganə komanda Williams-dır. Qrouv təmsilçisi əvvəlcə testlərin ilk gününə qatılmayacaqlarını açıqlamışdılar, lakin daha sonra məlum oldu ki, ikinci günü də buraxacaqlar. Çərşənbə günü trasa çıxacaqları isə sual altındadır…

F-1.az bildirir ki, iki komanda sürücülərinin hər ikisinin köməyindən istifadə edib – Mercedes komandasında Valtteri Bottas nahardan sonra maşını Lyuis Həmiltona təhvil verib, Renault-da isə Niko Hülkenberqi Daniel Rikkardo əvəz edib.

Startdan 5 dəqiqə sonra qırmızı bayraqlar dalğalanıb. Kimi Rəykkönen çınqıllığa düşüb və trasa qayıda bilməyib. Sessiya gün ərzində daha 3 dəfə dayandırılıb. Nahardan əvvəl Roman Qrojan yanacaq sistemindəki problemə görə maşını saxlamalı olub. Günün ikinci hissəsində Karlos Sayns motor güc itirdiyi üçün pit-leynin sonunda dayanmalı olub. Eyni problemlə Rəykkönen sessiyanın sonlarında qarşılaşıb.

Göstərilən nəticələr hələ ki, çox böyük əhəmiyyət daşımır. Çünki komandalar diqqətlərini yaxşı nəticə göstərməyə ayırmayıblar. Hazırda bütün komandalar problemlərin aşkarlanaraq həll edilməsi üçün çalışırlar. Növbəti həftə göstəriləcək nəticələr daha əhəmiyyətli olacaq və komandaların vəziyyəti barədə müəyyən məlumatlar verəcək.

Pirelli testlərə beş tərkib gətirib  – ən sərt tərkib, C1, ən yumşağı isə C5 ilə işarələnib. Mercedes və Renault sürücüləri ən sərt təkərlərlə işləyiblər. Protokollara iki yarış məsafəsindən daha çox dövrə vuran Sebastyan Fettel başçılıq edib – 1:18.161. Deyəsən, Ferrari etibarlı və sürətlidir.

Testlər sabah davam edəcək və əksər komandalarda sürücü dəyişikliyi olacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 5 Sebastyan Fettel Ferrari 1:18.161 169 С3
2 55 Karlos Sayns McLaren 1:18.558 + 0:00.397 119 С4
3 8 Roman Qrojan Haas 1:19.159 + 0:00.998 65 С3
4 33 Maks Ferstappen Red Bull 1:19.426 + 0:01.265 128 С3
5 7 Kimi Rəykkönen Alfa Romeo 1:19.462 + 0:01.301 114 С3
6 26 Daniil Kvyat Toro Rosso 1:19.464 + 0:01.303 77 С4
7 11 Serxio Peres Racing Point 1:19.944 + 0:01.783 30 С3
8 77 Valtteri Bottas Mercedes AMG 1:20.127 + 0:01.966 69 С2
9 44 Lyuis Həmilton Mercedes AMG 1:20.135 + 0:01.974 81 С2
10 27 Niko Hülkenberq Renault 1:20.980 + 0:02.819 65 С2
11 3 Daniel Rikkardo Renault 1:20.983 + 0:02.822 44 С2

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*