Barselona, 17.05.2016

İspaniya Qran Prisi başa çatdıqdan bir gün sonra Formula1 maşınları yenə də Circuit de Catalunya trasına çıxıblar. Bu il mövsümün gedişində İspaniya ə Böyük Britaniya mərhələlərindən sonra iki ikigünlük test seriyası nəzərdə tutulub. Ona görə də komandalar mövsümün qarşıdakı yarışları üçün hazırladıqları yenilikləri yoxlamağa başlayıblar - keçən həftəsonu zamanı toplanmış məlumatlar yeni məlumatlarla müqayisə edilib.

F-1.az xatırladır ki, reqlamentə görə dörd test günündən ikinsində mütləq gənc sürücülərlə işləməlidir – dörd komanda elə bu gün bu qaydaya əməl edib. Sauber komandası isə, ümumiyyətlə, testlərə gəlməyib.

Sessiyanın startından sonra maşınlar trasa çoxlu ölçmə cihazları ilə çıxıblar, Williams komandası isə hamını arxa antiqanadın maraqlı konstruksiyası ilə təəccübləndirib – mühəndislər maşının arxa hissəsində effektivlik və stabillik çatışmazlığının səbəblərini müəyyən ediblər, eyni zamanda komanda gələn il maşının arxasında artacaq asfalta yatma qüvvəsini imitasiya edib. Bir müddət sonra komanda maşını adi konfiqurasiyaya qaytarıb və işinə davam edib.

Ferrari komandası səhər qısa dövrələr seriyasında çalışıb, sonra sıralanma turunun imitasiyasına keçib – mühəndislər keçən həftə sıralanma turu və yarışda komandaya mane olan çətinlikləri aradan qaldırmağa çalışıblar.

Renault isə testlərə güc qurğusunun TJİ texnologiyası ilə işlənmiş yeni versiyasını gətirib – əgər hər şey normal oalrsa, onda həm zavod komandası, həm də Red Bull komandası artıq Kanada Qran Prisində yeni güc qurğusuna keçəcəklər.

Haas komandası Qrojan üçün yeni şassi gətirib – Roman son 3 yarışda şassidən narazı olduğu üçün komanda onun üçün sıfırdan yeni şassi yığıb və idarəolunma problemlərini həll etməyə çalışıb.

Nahardan sonra isə sürücülər uzun dövrələr seriyasına başlayıblar. Testlərdə bütün təkər tərkibləri komandaların ixtiyarında olduğu üçün bir çox sürücülərin nəticələri sıralanma turundakı nəticələrindən sürətli alınıb. İlk test gününün protokollarına isə Sebastyan Fettel başçılıq edib, Niko Rosberq ən böyük məsafəni qət edib. Sabah testlər davam edəcək, Force İndia-dan başqa bütün komandalarda sürücülər dəyişəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:23.220 103
2 6 Niko Rosberq Mercedes AMG 1:23.337 + 0:00.117 119
3 22 Censon Batton McLaren 1:23.753 + 0:00.416 86
4 8 Roman Qrojan Haas 1:23.882 + 0:00.662 96
5 94 Paskal Verlyayn Manor 1:24.297 + 0:01.077 86
6 3 Daniel Rikkardo Red Bull 1:24.307 + 0:01.087 89
7 38 Pyer Qasli Toro Rosso 1:24.821 + 0:01.601 78
8 34 Alfonso Seliş Force İndia 1:25.467 + 0:02.247 99
9 41 Aleks Linn Williams 1:26.071 + 0:02.851 86
10 45 Esteban Okon Renault 1:26.530 + 0:03.310 105
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*