Barselona, 12 mart

Səhər testlər sıx duman üzündən bir saatlığa təxirə salınıb. Tibb helikopteri lazım olan anda səmaya qalxa bilmədiyindən tras bağlanıb. Amma […]

Səhər testlər sıx duman üzündən bir saatlığa təxirə salınıb. Tibb helikopteri lazım olan anda səmaya qalxa bilmədiyindən tras bağlanıb. Amma sonradan duman çəkilib və sürücülər yaxşı havada işləyiblər. Rubens Barrikello Barselona testlərinin son günü protokollara başçılıq edib, braziliyalı sürücü həftənin rekorduna imza atıb, Brawn GP-nin yeni maşını çox sürətli alınıb, maraqlıdır ki, görəsən BGP01 Melburnda da belə sürətli olacaq?

İkinci yeri Niko Rosberq tutub. İlk iki sürücüdən başqa hamı səksən saniyəlik həddi aşa bilməyiblər. Timo Qlok isə üçüncü olub.

Sebastyan Fettel Fernando Alonsonu 0.1 saniyə qabaqlamaqla dördüncü olub. İspan sürücü öz növbəsində Felipe Massanı cəmi 0.01 saniyə qabaqlayıb. Bu gün Ferrari maşını mövsümün ilk yarışına sazlamaqla məşğul olub – gələn dəfə F60 trasa artıq Melburnda çıxacaq.

Robert Kubitsa yeddinci olub, polşalı sürücü yarışı imitasiya edib, nahardan sonra isə maşını mövsümün ilk yarışına sazlayıb. Kubitsa 134 dövrə vurub, dörd gün ərzində isə BMW Sauber F1.09 Barselonada 2162 km məsafə qət edib.

Lyuis Həmilton səkkizinci olub, cəmi 70 dövrə vurub və günün liderinə iki saniyə uduzub. Gələn həftə komanda Xeres testlərində işləyəcək.

Sebastyen Buemi səhər trasda işləyib və doqquzuncu olub, Sebastyen Burde isə nahardan sonra sükan arxasına oturub və on birinci olub. Toro Rosso sürücülərini Cankarlo Fizikella ayırıb.

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. R.Barrikello Brawn GP Mercedes 1:18.926 110
2. N.Rosberq Williams Toyota + 0:00.848 120
3. T.Qlok Toyota Toyota + 0:01.165 128
4. S.Fettel Red Bull Renault + 0:01.650 83
5. F.Alonso Renault Renault + 0:01.738 64
6. F.Massa Ferrari Ferrari + 0:01.751 92
7. R.Kubitsa BMW Sauber BMW + 0:01.814 134
8. L.Həmilton McLaren Mercedes + 0:01.943 70
9. S.Buemi Toro Rosso Ferrari + 0:02.087 62
10. C.Fizikella Force İndia Mercedes + 0:02.119 141
11. S.Burde Toro Rosso Ferrari + 0:02.703 27

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*