F-1.az bildirir ki, Alonsonun bəxti bu dəfə də gətirməyib. Yağ sızması olduğu üçün maşının motoru dəyişdirilib. Buna 5 saat vaxt sərf edilib. Lakin Fernando günün sonunda ikinci ən yaxşı nəticəni göstərə bilib. Komandanın rəhbərliyi problemlərin ciddi olmadığını bildirir, lakin MCL33 qət edilən məsafəyə görə sonuncu olub.
İdarəetməni itirən Lekler sessiyanın qırmızı bayraqlarla dayandırılmasına səbəb olub. O da trasa yalnız 5 saatdan sonra qayıda bilib.
Protokollara bu gün də Ferrari sürücüsü başçılıq edib – Rəykkönen ən yumşaq tərkiblə 1:17.221-lik nəticə göstərib. 181 dövrə vuran Qrojan isə gün ərzində ən çox işləyən sürücü olub.
Qış testləri başa çatıb, komandaların toplaşacağı növbəti ünvan isə Melburndur.
F-1.az hər bir komandanın testlərdəki iştirakı ilə bağlı materialı təqdim edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:17.221 | – | 157 | Hypersoft |
2 | 14 | Fernando Alonso | McLaren | 1:17.784 | + 0:00.563 | 93 | Hypersoft |
3 | 55 | Karlos Sayns | Renault | 1:18.062 | + 0:00.871 | 45 | Hypersoft |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:18.327 | + 0:01.106 | 92 | Supersoft |
5 | 8 | Roman Qrojan | Haas | 1:18.412 | + 0:01.191 | 181 | Ultrasoft |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.825 | + 0:01.604 | 104 | Medium |
7 | 28 | Brendon Hartli | Toro Rosso | 1:18.949 | + 0:01.728 | 156 | Hypersoft |
8 | 31 | Esteban Okon | Force İndia | 1:18.967 | + 0:01.746 | 163 | Hypersoft |
9 | 16 | Şarl Lekler | Sauber | 1:19.118 | + 0:01.897 | 75 | Hypersoft |
10 | 35 | Sergey Sirotkin | Williams | 1:19.189 | + 0:01.968 | 105 | Soft |
11 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.464 | + 0:02.243 | 97 | Supersoft |
12 | 18 | Ləns Stroll | Williams | 1:19.954 | + 0:02.733 | 27 | Soft |