F-1.az xəbər verir ki, bu dəfə də ən çox problemlə üzləşən McLaren olub. Lakin komanda problemləri ciddi hesab etmir. Dünən Vandornun işləməsinə elektrik və hidravlik sistemdəki sızma mane olub, bu gün isə Alonso yağ sızması problemi ilə üzləşib. İspan sürücünün maşınına yeni motorun yerləşdirilməsinə altı saat yarım vaxt sərf olunub və o, günün sonuna 10 dəqiqə qalmış trasa qayıda bilib. Komanda qət edilən məsafəyə görə autsayderdir, çünki geridə qalan 6 günün yalnız biri problemsiz keçib.
Qrojanın maşınında da yağ sızıntısı olub. Komanda maşının etibarlılığından razı idi, lakin bu gün onlar üçün yaxşı keçməyib.
Williams-da səhər Stroll, nahardan sonra isə Sirotkin işləyib. Rus sürücü pit yolunda maşını saxlamalı olub, lakin problem tezliklə aradan qaldırılıb. Ferrari-də səhər Rəykkönen sükan arxasına keçməli idi. Lakin özünü yaxşı hiss etmədiyi üçün onu Fettel əvəzləyib. Finlandiyalı sürücü sonradan trasa çıxsa da, çox məsafə qət etməyib. Komanda da əsas rəqiblərindən fərqli olaraq, ən yumşaq tərkiblərə keçərək sürətli dövrə vurmağa çalışmayıb.
Gün sakit keçib. Sessiya nadir hallarda dayandırıldığından, sürücülər ardıcıl dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlaya bilbilər.
Ənənəvi nahar fasiləsi bu gün də olmayıb – komandalar keçən həftə hava şəraitinə görə itirilmiş vaxtı kompensasiya etmək üçün ardıcıl 9 saat işləmək barədə razılığa gəliblər.
Daniel Rikkardo günün ilk hissəsində HyperSoft təkərlərlə hamını təəccübləndirib – 1:18.047. Bu, Barselona trasının qeyri-rəsmi rekordudur. Sona 4 dəqiqə qalmış, Lekler çınqıllığa düşdüyü üçün qırmızı bayraqlarla sessiya dayandırılıb və restart verilməyib. Testlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:18.047 | – | 165 | HyperSoft |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.400 | + 0:00.353 | 90 | UltraSoft |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.560 | + 0:00.513 | 85 | UltraSoft |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.541 | + 0:01.494 | 66 | Soft |
5 | 28 | Brendon Hartli | Toro Rosso | 1:19.823 | + 0:01.776 | 119 | HyperSoft |
6 | 14 | Fernando Alonso | McLaren | 1:19.856 | + 0:01.809 | 57 | HyperSoft |
7 | 55 | Karlos Sayns | Renault | 1:20.042 | + 0:01.995 | 88 | Medium |
8 | 8 | Roman Qrojan | Haas | 1:20.237 | + 0:02.190 | 78 | Soft |
9 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:20.242 | + 0:02.195 | 49 | Soft |
10 | 18 | Ləns Stroll | Williams | 1:20.349 | + 0:02.302 | 63 | Soft |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:20.758 | + 0:02.711 | 102 | SuperSoft |
12 | 31 | Esteban Okon | Force İndia | 1:20.805 | + 0:02.758 | 130 | Soft |
13 | 16 | Şarl Lekler | Sauber | 1:20.918 | + 0:02.871 | 160 | SuperSoft |
14 | 35 | Sergey Sirotkin | Williams | 1:22.350 | + 0:04.303 | 80 | Soft |