Adətən meydana çıxan problemlər ilk testlərdə aradan qaldırılır, lakin bu gün bəzi komandalar yenə də problemlərlə üzləşərək xeyli vaxt itiriblər.
F-1.az xəbər verir ki, Vandorn iki dəfə dayanmalı olub – onun işləməsinə əvvəlcə elektrik, sonra isə hidravlik sistemdəki sızma mane olub. Red Bull üçün də gün problemsiz ötüşməyib. Ferstappenin maşını start düzlüyünün sonunda dayanıb və təxliyə edilib. Bununla belə, hollandiyalı sürücü 100-dən çox dövrə vura bilib.
Williams-da Sirotkin nahara qədər 42 dövrə vurub. Onu əvəzləyən Stroll isə iki dəfə çox dövrə vursa da, protokollarda sonuncu yeri tutub. Komanda bu gün sürət üzərində işləməyib.
Ən sürətli dövrənin sahibi Fettel olub – 1:20.396. Alman sürücü 171 dövrə ilə qət edilən məsafəyə görə də hamını üstələyib. Mercedes sürücüləri isə birlikdə 177 dövrə vurublar.
Testlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:20.396 | – | 171 | Medium |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:20.596 | + 0:00.200 | 86 | Soft |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:20.649 | + 0:00.253 | 130 | Medium |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.808 | + 0:00.412 | 91 | Soft |
5 | 10 | Pyer Qasli | Toro Rosso | 1:20.973 | + 0:00.577 | 54 | Soft |
6 | 20 | Kevin Maqnussen | Haas | 1:21.298 | + 0:00.902 | 96 | Soft |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:21.432 | + 0:01.036 | 48 | Medium |
8 | 55 | Karlos Sayns | Renault | 1:21.455 | + 0:01.059 | 91 | Soft |
9 | 35 | Sergey Sirotkin | Williams | 1:21.588 | + 0:01.192 | 42 | Soft |
10 | 11 | Serxio Peres | Force İndia | 1:21.643 | + 0:01.247 | 93 | Soft |
11 | 9 | Markus Eriksson | Sauber | 1:21.706 | + 0:01.310 | 120 | SuperSoft |
12 | 2 | Stoffel Vandorn | McLaren | 1:21.946 | + 0:01.550 | 38 | SuperSoft |
13 | 18 | Ləns Stroll | Williams | 1:22.937 | + 0:02.541 | 86 | Soft |