F-1.az bildirir ki, testlərin son günündə hamı sıralanma turu və yarışı imitasiya etməyi planlaşdırır.
Lyuis Həmilton artıq test proqramını başa vurub – nahardan sonra onu Niko Rosberq əvəz edəcək. Dünən üçqat dünya çempionu testlərin son günündə yumşaq təkərlərlə işləmək arzusunda olduğunu desə də, komanda bu gün yenə də Medium-la işləyib.
Nahar fasiləsinə 10 dəqiqə qalmış Lyuis pit-leynin çıxışında maşını saxlayıb – səkkiz gündə ilk dəfə Mercedes AMg maşını qırmızı bayraqlara səbəb olub.
Bu gün səhər Sebastyan Fettel də Halo adını almış sürücünün başınının müdafiəsi sistemini test edib. Sonra sıralanma turu rejimində müxtəlif təkər tərkibləri ilə qısa dövrələr seriyasında işləyib. Maraqlıdır ki, Sebastyan UltraSoft təkərlərlə SuperSoft təkərlərdə göstərdiyi nəticəni yaxşılaşdıra bilməyib. Hələlik, protokollara almaniyalı sürücü başçılıq edir – 1:22.852.
Nahardan sonra testlər davam edəcək…
Sürücü | Komanda | Zaman | Fərq | Təkər | Dövrə |
1. S.Fettel | Ferrari | 1:22.852 | – | SuperSoft | 54 |
2. K.Sayns | Toro Rosso | 1:23.134 | + 0:00.282 | UltraSoft | 57 |
3. S.Peres | Force İndia | 1:23.721 | + 0:00.869 | SuperSoft | 44 |
4. L.Həmilton | Mercedes AMG | 1:24.133 | + 0:01.281 | Medium | 69 |
5. D.Rikkardo | Red Bull | 1:24.427 | + 0:01.575 | Soft | 61 |
6. C.Batton | McLaren | 1:24.714 | + 0:01.862 | UltraSoft | 54 |
8. C.Palmer | Renault | 1:24.859 | + 0:02.007 | Soft | 29 |
7. M.Eriksson | Sauber | 1:25.231 | + 0:02.179 | Soft | 57 |
9. R.Qrojan | Haas | 1:25.255 | + 0:02.403 | Soft | 52 |
10. F.Massa | Williams | 1:25.696 | + 0:02.844 | Medium | 63 |
11. R.Haryanto | Manor | – | – | – | – |