F-1.az bildirir ki, komandaların çoxu son iki test gününə yeniliklər hazırlayıblar, hamıdan çox isə Ferrari çalışıb – səhər Kimi Rəykkönen trasa sürücünün başının müdafisəi sistemi ilə çıxıb.
Haas komandası ikigünlük problemləri dəf edərək bu gün trasa qaydıblar – Roman Qrojan fasiləyə qədər təxminən yarış məsafəsi qət edib.
QIş testlərindən sonra UltraSoft tərkibi ilə sürücülər bir də mayda Barselona testlərində və ya elə Monakoda həftəsonu ərzində işləyə biləcəklər, ona görə də Rəykkönen, Hülkenberq və Ferstappen fürsətdən istifadəe dərək ən yumşaq təkərlərdən istifadə ediblər. Təkərlər sürətlidirlər, protokollara da bu üçlük başçılıq edib, Rəykkönen isə əns ürətli olub – 1:22.785, hələlik bu il Barselonada heç kim belə sürətli olmamışdı.
Testlərin sonuna 2 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanmağa başlayıb – Qrojan 4-cü döngədə çınqıllığa düşüb.
Nahardan sonra testlər davam edəcək, Rosberqi Həmilton əvəz etməlidir…
Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1. K.Rəykkönen | Ferrari | 1:22.765 | – | 41 |
2. N.Hülkenberq | Force İndia | 1:23.251 | + 0:00.486 | 49 |
3. M.Ferstappen | Toro Rosso | 1:23.382 | + 0:00.617 | 59 |
4. N.Rosberq | Mercedes AMG | 1:24.126 | + 0:01.361 | 81 |
5. F.Nasr | Sauber | 1:24.760 | + 0:01.995 | 37 |
6. F.Alonso | McLaren | 1:24.870 | + 0:02.105 | 57 |
7. D.Kvyat | Red Bull | 1:25.141 | + 0:02.376 | 62 |
8. F.Massa | Williams | 1:25.420 | + 0:02.655 | 46 |
9. C.Palmer | Renault | 1:27.182 | + 0:04.417 | 26 |
10. R.Qrojan | Haas | 1:28.110 | + 0:05.345 | 59 |
11. P.Verlyayn | Manor | 1:28.476 | + 0:05.711 | 19 |