F-1.az bildirir ki, Haas komandası testlərin ilk iki günü komandaya mane olan problemləri həll etmək üçün bütün gecəni çalışıb və bu gün Roman Qrojan kifayət qədər məsafə qət edib, amma üç dəfə qırmızı bayraqların dalğalanmasına səbəb olub – birinci və dördüncü döngələrdə trasdan çıxıb, onuncu döngədə isə trasda dayanıb.
Daniil Kvyat səhər pit-stopları məşq edib, aerodinamika və sazlanmalar üzərinə işləyib, Soft tərkibində qısa dövrələr seriyası edib, nahardan sonra isə problemsiz yarışı imitasiya edib.
Renault-da Maqnusseni bu gün Colion Palmer əvəz edib – keçən həftə Palmer hər iki günü boksda keçirməli olmuşdu. Bu dəfə səhər komanda problemlərlə üzləşib – mexaniklər ötürmələr qutusunu dəyişməli olublar. Amma sonra britaniyalı sürücü yüzə yaxın dövrə vura bilib.
Ferrari bu gün səhər hamını təəccübləndirib – Rəykkönenin maşınında sürücünün başını müdafiə sistemi quraşdırılıb. Məqsəd sürücünün görüntüsünü qiymətləndirmək olub, amma Halo adını alan sistem paddokda birmənalı qarşılanmayıb. Sistem Kiminin maşınından söküldükdən sonra komandanın nümayəndəsi onu mətbuat mərkəzinə gətirib. Kimi isə bildirib ki, görüntü ilə problem yaşanmayıb.
Mercedes AMG yenə də günü sürücüləri arasında bölüb – səhər Niko Rosberq, nahardan sonra isə Lyuis Həmilton işləyiblər. Dünən Həmilton Soft tərkiblərindən narazı qalmışdı, amma bu gün hər iki sürücü ancaq Medium tərkibi ilə çalışıblar.
Protokollara Kimi Rəykkönen başçılıq edib, finlandiyalı sürücü hələ səhər UltraSoft təkərlərlə qısa dövrələr seriyasında builki testlərin ən yaxşı nəticəsini göstərib – 1:22.765. İlk dördlükdə yer alan sürücülərdən yalnız Felipe Massa bu tərkibdən istifadə etməyib, braziliyalı sürücü bu gün Soft-la işləyib. Günün ən böyük məsafəsini isə yendə də Toro Rosso sürücüsü qət edib – Maks Ferstappen bu gün 159 dövrə vurub…
Yer | N | Sürücü | Komanda | Maşın | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | SF16-H | 1:22.765 | 136 | UltraSoft | |
2 | 19 | Felipe Massa | Williams | FW38 | 1:23.193 | + 0:00.428 | 119 | Soft |
3 | 27 | Niko Hülkenberq | Force İndia | VJM09 | 1:23.251 | + 0:00.486 | 137 | UltraSoft |
4 | 33 | Maks Ferstappen | Toro Rosso | STR11 | 1:23.382 | + 0:00.617 | 159 | UltraSoft |
5 | 6 | Niko Rosberq | Mercedes AMG | W07 | 1:24.126 | + 0:01.361 | 81 | Medium |
6 | 12 | Felipe Nasr | Sauber | C35 | 1:24.760 | + 0:01.995 | 115 | Soft |
7 | 14 | Fernando Alonso | McLaren | MP4-31 | 1:24.870 | + 0:02.105 | 118 | SuperSoft |
8 | 94 | Paskal Vehrlyayn | Manor | MRT05 | 1:24.913 | + 0:02.148 | 48 | UltraSoft |
9 | 26 | Daniil Kvyat | Red Bull | RB12 | 1:25.141 | + 0:02.376 | 121 | Soft |
10 | 30 | Colion Palmer | Renault | RS16 | 1:26.224 | + 0:03.459 | 98 | Soft |
11 | 44 | Lyuis Həmilton | Mercedes AMG | W07 | 1:26.488 | + 0:03.723 | 63 | Medium |
12 | 8 | Roman Qrojan | Haas | VF-16 | 1:27.196 | + 0:04.431 | 77 | Soft |