F-1.az xatırladır ki, test günlərində yağış yağmasa, keçid və yağış təkərlərinin yoxlanılması üçün trasın süni sulanacağı bildirilmişdi. Dünən gecə və bu gün səhər sulanan tras səhər saatlarında şərtlərə tam uyğun olub. Barselonada tras süni sulama sistemi ilə təchiz olunmayıb. Buna görə də, müəyyən vaxtdan sonra tras quruduğundan yağışlı hava üçün sazlanmalar üzərində işləmək və təkərləri tam qiymətləndirmək mümkün olmayıb.
Tras tədricən quruduqca, sürücülər demək olar ki, hər dövrədə nəticələrini yaxşılaşdırıblar. Tam quruduqda isə sliklərə keçiblər. Nahar fasiləsində isə tras yenidən sulanıb.
Mercedes AMG də problem yaşayan komandalar sırasına qoşulub. Elektron sistemindəki problemlərə görə nahara qədər işləməli olan Lyuis Həmilton trasa çıxa bilməyib. Nahardan sonra isə Valtteri Bottas işləyib. Toro Rosso komandası dünənki problemdən sonra mühərriyi dəyişmək qərarına gəlib. Buna görə də Daniil Kvyat gün ərzində cəmi bir dövrə vura bilib.
Testlərin dördüncü günündə protokollara Kimi Rəykkönen başçılıq edib. Ferrari-nin finlandiyalı sürücüsü Soft təkərlərlə 1:20.872-lik nəticə göstərib. Maks Ferstappen isə ikinci olub.
Beləliklə, ilk qış testləri sona çatıb. Komandalar gələn həftənin çərşəmbə axşamı testlərə davam edəcəklər.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:20.872 | – | 93 | Soft |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:21.769 | +0.897 | 85 | Soft |
3 | 30 | Colion Palmer | Renault | 1:21.778 | +0.906 | 39 | Medium |
4 | 8 | Roman Qrojan | Haas | 1:22.309 | +1.437 | 118 | SuperSoft |
5 | 36 | Antonio Covinatsi | Sauber | 1:22.401 | +1.529 | 84 | UltraSoft |
6 | 11 | Serxio Peres | Force İndia | 1:22.534 | +1.662 | 82 | SuperSoft |
7 | 2 | Stoffel Vandorn | McLaren | 1:22.576 | +1.704 | 67 | UltraSoft |
8 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:23.443 | +2.571 | 68 | Soft |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:24.974 | +4.102 | 51 | Soft |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | – | 1 | Wet |