Barselona, 01.03.2016, nahara qədər ilkin nəticələr

Mövsümöncəsi testlərin ikinci seriyası bu gün səhər Toro Rosso komandasının fotosessiyası ilə başlayıb - komanda keçən həftə işlədiyi yeni maşının builki rəng çalarlarını təqdim edib. Sauber komandasının yeni maşını isə ilk dəfə trasa çıxıb - qarşıdakı dörd gün ərzində komanda maşını mövsümün ilk yarışına hazırlamalıdır.

F-1.az bildirir ki, bəzi komandalar bu gün testlərə ikinci şassi ilə başlayıblar – ona görə də səhər baza yoxlanmaları zəruri olub. Bəzi komandalar yeni aerodinamik elementlər gətiriblər, ona görə də Kvyat, Bottas və Rəykkönen aerodinamik təzyiqi ölçən cihazlarla trasa çıxıblar. Rio Haryanto boksda ləngiməli olub – Manor-un ikinci şassisində yağ sızıntısı aşkar olunub.

Kvyatın maşınında arxa sağ təkərin əyləcləri tüstülənsə də, mexaniklər nasazlığı operativ aradan qaldıra biliblər.

Alonso və Rosberq Soft təkərlərlə, digərləri isə Medium təkərlərlə işləyiblər – Niko protokollara başçılıq etsə də, Fettelin keçən həftə UltraSoft-la göstərdiyi nəticəyə azca uduzub. Rosberq həm də günün ən çıx məsafəsini qət edib. Nahardan sonra almaniyalı sürücünün komanda yoldaşı Lyuis Həmilton əvəz edəcək.

Sessiya qırmızı bayarqlar altında başa çatıb – Fernando Alonsonun maşını trasda dayanıb. Nahardan sonra testlər davam edəcək…

Sürücü Komanda Zaman Fərq Dövrə
1. N.Rosberq Mercedes AMG 1:23.022 82
2. K.Rəykkönen Ferrari 1:24.836 + 0:01.814 42
3. F.Alonso McLaren 1:25.252 + 0:02.230 50
4. V.Bottas Williams 1:25.255 + 0:02.233 58
5. M.Ferstappen Toro Rosso 1:25.356 + 0:02.334 59
6. N.Hülkenberq Force İndia 1:25.954 + 0:02.932 50
7. D.Kvyat Red Bull 1:26.227 + 0:03.205 22
8. E.Qutyerres Haas 1:26.661 + 0:03.639 23
9. F.Nasr Sauber 1:26.923 + 0:03.901 42
10. K.Maqnussen Renault 1:26.981 + 0:03.959 54
11. R.Haryanto Manor  – 1
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*