Barselona, 01.03.2016

Baharın ilk günü Barselonada start götürən mövsümöncəsi testlərin ikinci seriyası başlamamışdan əvvəl Toro Rosso komandası yeni maşınını təqdim edib. Komanda bu maşınla keçən həftə də işləmişdi, amma yeni maşın son handa testlərə gəldiyi üçün trasa texnoloji rənglərdə çıxmışdı, bu gün səhər isə STR11 rəsmən təqdim olunub.

F-1.az xəbər verir ki, Sauber komandasının mövsüm üçün hazırladığı yeni maşın isə trasa ilk dəfə çıxıb – dünən mətbuat xidməti C35-in studiya şəkillərini dərc etmişdi, bu gün səhər isə yeni maşın trasa çıxıb. Bu gün bütün komandalar yeni maşınları ilə trasda işləyiblər – mövsümün startına iki həftədən bir qədər çox qalıb, komandaların ixtiyarnda cəmi 4 test günü var, ona görə də komandalar etibarlılıq üzrə işlrədən tədricən sürət və sazlanmalar üzərində işə keçirlər.

Mercedes AMG komandası nahara qədər bu il ilk dəfə sıralanma turunu imitasiya edib. Rosberq Soft təkərlərlə qısa dövrələr seriyası vurub və hamını sürti ilə valeh edərək protokollarda liderliyi ələ alıb – Niko bu təkərlərlə bu il göstərilmiş ən yaxşı nəticədən 0.7 saniyə sürətli olub. Nahara qədər 82 dövrə vuran almaniyalı sürücü maşını komanda yoldaşı Lyuis Həmiltona təhvil verib, britaniyalı sürücü də 90 dövrə vurmaqla W07-nin etibarlılığını nümayiş etdirib.

Bir çox sürücülər problemlərlə üzləşiblər – Rio Haryanto nahara qədər trasa çıxa bilməyib, Daniil Kvyatın maşınında arxa sağ təkərin əyləcləri yanıb. Nahar qədər McLaren-in maşını qırmızı bayraqlara səbə olub – komanda telemetriyada motorun göstəricilərindən şübhələnib və Alonsodan maşını dayandırmağı xahiş edib. Esteban Qutyerres fasiləyə yaxın maşını mexaniklərə təhvil verib – təhlildən sonra komanda yanacaq sistemindəki problem üzündən günü vaxtından əvvəl başa vurmalı olub.

İkinci dəfə qırmızı bayraqları Ferrari dalğalandırıb – Kimi Rəykkönen pit-leynin çıxışında maşını dayandırıb, ötürmələr qutusundakı nasazlıq üzündən Kimi boksda 2 saat gözləməli olub.

Axşam isə 3-cü dəfə qırmızı bayraqlar dalğalanıb – Kevin Maqnussen 3-cü döngədə trasdan çıxıb.

Axşama yaxın bir çox sürücülər Soft təkərlərlə trasa çıxsalar da, Rosberqin nəticəsini heç kim yaxşılaşdıra bilməyib. Niko zirvədə qalıb – 1:23.022, günün ən böyük məsafəsini isə sürücülərdən Maks Ferstappen (144 dövrə), maşınlardan Mercedes W07 (172 dövrə) qət edib.

Sabah testlər davam edəcək və bir çox komandalarda sürücülər dəyişəcək…

Sürücü Komanda Zaman Fərq Dövrə
1. N.Rosberq Mercedes AMG 1:23.022 82
2. V.Bottas Williams 1:23.229 + 0:00.207 123
3. F.Alonso McLaren 1:24.735 + 0:01.713 93
4. K.Rəykkönen Ferrari 1:24.836 + 0:01.814 72
5. D.Kvyat Red Bull 1:25.049 + 0:02.027 69
6. L.Həmilton Mercedes AMG 1:25.051 + 0:02.029 90
7. M.Ferstappen Toro Rosso 1:25.176 + 0:02.154 144
8. N.Hülkenberq Force İndia 1:25.336 + 0:02.314 121
9. F.Nasr Sauber 1:25.493 + 0:02.471 103
10. K.Maqnussen Renault 1:25.760 + 0:02.738 119
11. E.Qutyerres Haas 1:26.661 + 0:03.639 23
12. R.Haryanto Manor 1:27.625 + 0:04.603 45
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*