Banyayadan növbəti poul

İspaniyanın Araqon avtodromunda MotoGP dünya çempionatının mövsümdə 15-ci mərhələsinin sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, Ducati komandasının tarixində ilk dəfə 4 ardıcıl qələbə qazanmış Françesko Banyaya vahid dövrədə Desmosedici motosikletlərinin üstünlüyünü göstərib – zavod komandasının sürücüsü mövsümdə 5-ci pouluna sevinib. Yekun nəticədə zavod komandasının sürücüsü komanda yoldaşı Cək Milleri 0.09 saniyə üstələyib.

İlk cərgəni Ducati-nin törəmə Gresini komandasının sürücüsü Enea Bastyanini tamamlayıb.

Aprilia-dan Aleş Esparqaro 4-cü, mövsümün lideri Yamaha-dan Fabio Kuartararo 6-cı və Suzuki-dən Aleks Rins 9-cu nəticə göstəriblər. Arada qalan 3 yeri də Ducati-nin törəmə komandalarının sürücüləri tutublar.

Uzun fasilədən sonra çempionata qayıdan Mark Markes sıralanma turunun 2-ci sessiyasına keçməyə yaxın olub – 1-ci sessiyada ilk cəhdindən sonra Mark protokollara başçılıq edib, amma ikinci cəhdində sürətli dövrəyə başlayarkən qarşısında komanda yoldaşı Pol Esparqaro yıxılıb və Mark nəticəsini yaxşılaşdıra bilməyib və yekunda 3-cü olmaqla mübarizəni dayandırıb.

Ardıcıl 4 qələbədən sonra Banyaya çempionatda Kuartararo ilə fərqi 91-dən 30 xala salıb. Sabah gərgin mübarizə gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*