Banyaya qələbə qazansa da, liderliyə yüksələ bilməyib

Dünən gecəyarıdan keçmiş okeanın o tayında Texasın Ostin şəhərində salınmış COTA avtodromunda MotoGP mövsümünün 3-cü mərhələsi çərçivəsində sprint (qısa) yarış baş tutub.

F-1.az xəbər verir ki, sprint yarışda intriqa cəmi dövrə yarım davam edib – ilk cərgədən start almış Françesko Banyaya və Aleks Rins bir neçə dəfə mövqe dəyişsələr də, uzun düzlükdən sonra 12-ci döngədə səhvə yol verən Rins sonuncu çempiondan geri qalıb. Bununla da Ducati-nin sürücüsü mövsümdə ikinci sprint qələbəsini özünə təmin etmiş olub.

Düzdür, irəli gedərək deyək ki, bu qələbə sayəsində Pekko hələ liderliyi özünə qaytara bilməyib – Marko Bezzekki hələ də çempionata başçılıq edir.

Bundan sonra əsas mübarizə podiumun digər iki pilləsi uğrunda gedib.

Liderliyi əldən verdiyi səhvdən sonra Banyayanı və Aprilia-dan Aleş Esparqaronu irəli buraxan Rins ruhdan düşməyib və 7-ci dövrədə rəqibini üstələyib.

12-ci yerdən start alan Xorxe Martin isə Ducati motorlarının düzlük sürəti sayəsində rəqiblərini bir-bir arxada qoyaraq son dövrədə Aleşi də keçib və podiumu tamamlayıb.

Fabio Kuartararo yarışa gözəl başlasa da, yıxılaraq xal qazanmaq şansını əldən verib. Eyni aqibəti Aleks Markes də yaşayıb.

Bazar günü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq əsas yarışla mərhələyə yekun vurulacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*