Banyaya Portimanda testlərin ilk günü ən sürətli olub

Dünya çempionatının iştirakçıları ikinci və sonuncu mövsümöncəsi testlərə başlayıblar - bu dəfə də Ducati və Aprilia-nın rəqibləri üzərində üstünlüyü təsdiqlənib.

Formula1-də yeni mövsümün ilk Qran Prisi artıq baş tutubsa, bu il MotoGP çempionatı yalnız martın sonunda Portuqaliyada start götürəcək. Bu arada, sürücülər və komandalar Alqarvedə son test sessiyasına başlayıblar.

F-1.az xəbər verir ki, şənbə günü trasda səkkizsaatlıq işin nəticələrinə görə, hazırkı titul sahibi Françesko Banyaya ən sürətli olub. Damalı bayraqdan yarım saat əvvəl o, 1:38.771 nəticə ilə dövrə vuraraq protokollarn birinci yerini Luka Marinidən alıb.

VR46 sürücüsü ikinci yeri (+ 0.234) qoruyaraq, Ducati-nin liderliyini təsdiqləyib, Aprilia-dan Maverick Vinyales isə üçüncü olub (+ 0.254).

İtaliya komandası bu testlərə çox diqqətəlayiq aerodinamik paket gətirib ki, onun detallarını artıq bir çoxları F1 maşınlarının elementləri ilə müqayisə edib. Xüsusilə, ön təkərin üstündə quraşdırılmış ikiqat qanad diqqəti cəlb edib.

Ducati və Aprilia sürücüləri ilk onluqda doqquz yeri zəbt ediblər. Digər komandalardan yalnız Yamaha-dan Fabio Kuartararo ilk onluğa düşə bilib – 2021-ci ilin çempionu ən yaxşı nəticəyə təxminən bir saniyə uduzaraq 8-ci olub.

Digər iki istehsalçının vəziyyəti daha da pis olub: Honda-da Aleks Rins cəmi 11-ci, onun komanda yoldaşı Mark Markes isə yıxıldıqdan sonra 19-cu yerdə qalıblar.

KTM-dən Bred Binder və Cek Miller 15 və 16-cı yerləri tutublar.

Portuqaliyada MotoGP mövsümöncəsi testləri bazar günü başa çatacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*