F-1.az xatırladır ki, hələ ilk mövsümöncəsi testlərdən məlum idi ki, yeni Ducati motosikletləri bu il də dominantlıq edəcəklər. Final günündə, hamı sıralanma turu rejimində məşq edərkən, italyan brendi yenidən əsas favorit statusunu təsdiqləyib.
Titul sahibi Françesko Banyaya dövrəni 1:37.968 nəticə ilə tamamlayıb, bu nəticə şənbə günü onun liderlik nəticəsindən, demək olar ki, bir saniyə yaxşı və ən yaxın izləyicisindən 0.3 saniyə sürəli olub.
Ducati-nin törəmə komandası Pramac-ın sürücüsü Joan Zarko damalı bayraqlara yarım saat qalmış testlərin ikinci nəticəsini göstərib.
Fabio Kuartararonun üçüncü nəticəsi isə Yamaha üçün müsbət ümid olub – əvvəlki günlərdə yaponlar belə yaxşı tempə malik olmayıblar. Yamaha testlərin son günündə hər cür aerodinamik həlləri, o cümlədən F1 tipli arxa qanadı da sınaqdan keçirib.
İlk səkkizlikdəki digər yerləri də Ducati texnikasında olan sürücülər tutublar. Bred Binder KTM-i doqquzuncu yerə qaldırıb, lakin Honda hələ də ikinci onluqda qalıb – onun ən sürətli sürücüsü isə Xoan Mir olub.
Əvvəlki günlərdə liderlər arasında olan Aprilia-ya gəlincə, onlar açıq şəkildə bazar günü öz proqramlarına uyğun çalışıblar və ən yaxşı saniyələrin arxasınca qaçmayıblar.
İki həftəlik fasilədən sonra MotoGP iştirakçıları Alqarveyə qayıdacaqlar və yeni mövsümün ilk mərhələsini martın 24-26-da burada keçirəcəklər.