F-1.az xəbər verir ki, pouldan start alan sonuncu dünya çempionu Françesko Banyaya doğma Mucelloda rəqiblərinə heç bir şans verməyib. Ducati-nin zavod komandasının italiyalı sürücüsü finişdə mövsümdə əsas rəqibi Marko Bezzekkini 0.368 saniyə qabaqlayıb.
Ducati ev trasında çox güclü olub – ilk beş yeri brendin sürücüləri tutublar. Podiumu isə Pramac-dan Xorxe Martin tamamlayıb. Onun komanda yoldaşı Joan Zarko 4-cü, Bezzekkinin VR46-da komanda yoldaşı Luka Marini isə 5-ci olublar.
Sonrakı 3 yeri isə digər brendlər tutublar – Red Bull KTM-dən Cək Miller, Honda-dan Mark Markes və Aprilia-dan Aleş Esparqaro ilk səkkizliyi tamamlayıblar. Banyayanın komanda yoldaşı Enea Bastyanini isə sprint yarışda son xalı qazandıran 9-cu yeri tutub.
Sabah baş tutacaq əsas yarışla Mucelloa həftəsonuna yekun vurulacaq