Bang & Olufsen və Ferrari müqavilə bağlayıb

Ferrari komandası yeni rəsmi tərəfdaşını - premium audio avadanlıq istehsalçısı olan məşhur Danimarka şirkəti Bang & Olufsen-lə tərəfdaşlığını elan edib.

F-1.az xəbər verir ki, şirkətin loqotiplərı bu mövsüm Şarl Lekler və Karlos Sayns tərəfindən idarə ediləcək SF-23-ün üzərində görünəcək.

Benedetto Vinya: “Bang & Olufsen-in bizə rəsmi tərəfdaş kimi qoşulmasından məmnunuq. Bir əsrə yaxındır ki, bu şirkət möhtəşəm dizaynla birləşən audio texnologiyasında ən yüksək nailiyyətlərin simvolu hesab olunur.
Ferrari kimi, Bang & Olufsen də öz sahəsində standartları müəyyən edir, daimi araşdırma və üslubun inkişafı ilə mümkün olanın sərhədlərini genişləndirir. Bizim iki şirkətimizin çoxlu ortaq cəhətləri var, ona görə də bizim tərəfdaşlığımıza böyük ümidlər bəsləyirik”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*