Ferrari-nin mətbuat xidməti xəbər verib ki, dünən axşam Xeres testlərinə skuderiyanın sponsoru olan Banco Santander-in prezidenti Emilio Botin baş çəkib…
Mətbuat relizində deyilir: “Xeres, de la Frontera, 18 fevral. Günün sonunda Xeres testlərində işləyən Scuderia Ferrari Marlboro komandası xüsusi qonağını qəbul edib. Banco Santander-in prezidenti Emilio Botin dövrələr seriyası arasındakı fasilə zamanı Felipe Massanı salamlayıb və Fernando Alonso ilə ünsiyyətdə olub. Fernando qonağı skuderiyanın boksları ilə tanış edib.”