Bakıda təkərlərin partlama səbəbi məlum olub

Pirelli şirkəti Bakıda baş verən insidentlərlə bağlı rəsmi bəyanat yayıb

F-1.az bildirir ki, Pirelli FİA ilə birlikdə son Azərbaycan Qran Prisi zamanı insidentlərə səbəb olan Ləns Stroll və Maks Ferstappenin maşınlarında sol arxa təkərlərin təftişini başa çatdırıb. Təftiş zamanı digər maşınların eyni və ya daha çox məsafə qət edən təkərləri ilə də müqayisə aparılıb.

Təkərlərin heç birində istehsal qüsurları, yorğunluq və laylanma əlamətləri aşkar edilməyib. Aston Martin və Red Bull-da sol arxa təkərlərin sıradan çıxmasının səbəbi aydın şəkildə müəyyən olunub. Hər iki hadisədə təkərin daxili çiyninin dairəvi dağılması baş verib – bu isə yalnız təkərlərin istismar şəraiti ilə bağlıdır, baxmayaraq ki, komandalar onlara məsləhət gördüyümüz start təzyiqi və istilik örtüklərinin maksimum temperatur rejimlərinə riayət ediblər.

Bu təhlilə əsaslanaraq Pirelli FİA-ya və komandalara hesabat təqdim edib. FİA və Pirelli yarış həftəsonu parametrlərini izləmək üçün yeni texniki qaydalar barədə razılığa gəliblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*