Bakıda təkərlər niyə partlayıb?

Pirelli hesab edir ki, Bakıda təkərlərin partlamasına təzyiqin azaldılması səbəb olub

Bu barədə ölkədə dərc olunan La Gazzetta dello Sport qəzeti yerli şirkətdəki mənbələrə istinadən xəbər verir. Mənbənin məlumatına görə, cümə sərbəst yürüşlərindən sonra təkər istehsalçısı bütün komandalara arxa təkərlərdə təzyiqi 19 psi-dən 20 psi-yə qaldırmağı xahiş edib. Buna səbəb təkərlərin gözlənildiyindən artıq yeyilməsi səbəb olub.

Deyilənlərə görə, Aston Martin və Red Bull arxa təkərlərdə yarışın gedişində təzyiqi yenidən azalda bilərlər. Əslində, bütün komandaların belə etdikləri istisna deyil – buna nəzarət etmək mümkünsüzdür. Ona görə də FİA və FOM gələn ildən təkərlərdə təzyiqə daimi nəzarət cihazları tətbiq etməyi də düşünür.

Pirelli-dən rəsmi açıqlamanın bu günlərdə verilməsi gözlənilir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*