F-1.az bildirir ki, Mercedes, McLaren, Aston Martin, Alfa Romeo, Ferrari, Haas və Williams sürücüləri bu həftəsonu yeni daxiliyanma mühərriyinə, turboya və MGU-H generatoruna keçiblər. Bundan başqa Mercedes, McLaren, Aston Martin, Williams və Ferrari komandasının sürücüləri yeni MGU-K generatoruna keçiblər.
İdarəetmə panelini dəyişən tək sürücü isə Haas komandasından Nikita Mazepindir. Bundan başqa 20 sürücüdən 16-ı yeni qazburaxma sisteminə keçiblər. Yada salaq ki, bu il qazburaxma sistemlərinə də məhdudiyyət gəlib. Yeni reqlamentə əsasən komandalar il ərzində 8 qazburaxma sistemi dəyişə bilərlər.
Bu sürücülər mövsümə başladıqları güc qurğusu ilə yarışırdılar və hamısı Bakıda ikinci qurğuya keçiblər.