Bakı Şəhər Halqasından möhtəşəm fləşmob

Hazırda bir çox avtoyürüş komandaları populyar olan fləşmob çərçivəsində "zamanı dondurmağa" çalışırlar.

F-1.az xatırladır ki, bütün dünya ictimaiyyəti yeni fləşmoba qoşulub – virtual məkan Harlem Shake və İce Bucket Challenge fləşmoblarından sonra yeni virusa yoluxub: Mannequin Challenge. Fləşmobun tarixi Florida ştatının Ceksonvill məktəbinin şagirdlərinin videosu ilə başlayıb – şagirdlər bir müddət donaraq hərəkətsiz qaldıqlarını kameraya köçürdükdən sonra internetdə yaymışdılar.

Fləşmobun məqsədi “zamanın dondurulması” effektini göstərməkdir – bir qrup insan hərəkətsizliyini saxlamalıdır, bu zaman çəkiliş aparan şəxs onların arası ilə hərəkət etməlidir. Mannequin Challenge-ə onlarla idman və şou-biznes ulduzları da qoşulub. Artıq növbə avtoidmana da yetişib.

Birinci olaraq Formula E seriyasında yarışan Virgin Racing komandası rəsmi YouTube kanalında yarışın ortasında maşının dəyişməsi prosesində “zamanı dondurmuşdu”:

 

Bundan sonra Dünya Dözümülülük Çempionatının (WEC) Signatech Alpine komandası yarışın gedişində pit-stop və sürücünün dəyişməsi anını “dondurub”…

 

Onların bu günlərdə Bəhreyndə yarışan ByKolles komandasından olan həmkarları da öz videolarını yayıblar:

 

Phoenix Raceway trasının əməkdaşları NASCAR Trucks komandasının sürücüsü Daniel Suaresin qələbəsini bayram etməsini “dondurublar”:

 

Dünya Ralli Çempionatının (WRC) M-Sport komandası da fləşmoba qoşulub:

 

İkitəkərlilərin dördtəkərlilələrə cavabı özünü gözlətməyib…

https://www.youtube.com/watch?v=pSB3CNASwrY

 

Britaniya mətbuatında WEC Aston Martin komandasının videosu reytinqlərə başçılıq edir:

 

Amma bizim fikrimizcə, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin əməkdaşlarının ofisdə “zamanı dondurmaları” daha maraqlı alınıb…

 

 

 

 

 

 

 

 

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*