F-1.az xatırladır ki, Ləns Stroll 2017-ci ildə Williams komandası ilə Formuıa1-də debüt etmiş və ilk yarışlarda yaşadığı insidentlərə görə tənqidlərə məruz qalmışdı.
Lakin mövsümün 8-ci mərhələsi olan Azərbaycan Qran Prisində o tənqidçiləri susduracaqdı. Belə ki, 18 yaşlı pilot tarixin ilk Azərbaycan Qran Prisində yarışı üçüncü bitirərək, karyerasının ilk podiumunu qazanmışdı. Podiuma yüksələndə 18 yaş 8 aylığında olan Ləns yeni rekorda imza atmışdı. Kanadalı pilot debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü statusunu qazanmışdı. Bu status bu günə qədər kanadalı pilotun əlindədir və belə görünür ki, bu rekord uzun illər yenilənməyəcək.