Bakı Şəhər Halqasında yaddaqalan anlar – Rikkardonun gerilərdən gəlib qalib olması

Formula1-də qələbə ən gözəl andır. Lakin gerilərdən gəlib qalib gələndə, o qələbə daha şirin olur.

F-1.az bildirir ki, 2011-ci ildə Censon Battonun gerilərə düşüb, sonra qazandığı Kanada yarışı uzun illər yadda qalmışdı. Buna Alonsonun 2012-ci ildə qazandığı Malaziya və Avropa yarışlarını da misal göstərmək olar.

Bizim ölkəmizdə isə bu uğura Rad Bull Racing komandasının sürücüsü Daniel Rikkardo imza atmışdı. O, 2017-ci ildəki Formula1 tarixinin ilk Azərbaycan Qran Prisinin sıralanma turunda səhv etmiş və yarışa 11-ci yerdən başlamışdı. Startda işləri yaxşı getməyən avstraliyalı sürücü pit-stop etməli olmuş və daha da gerilərə düşmüşdü. Ancaq Dani asanlıqla təslim olan oğlanlardan deyildi.

Balporsuğu ləqəbli sürücü yarışın qalan hissəsində rəqiblərini bir-bir keçərək, üçüncü yerə qədər gəlmiş, Fettel və Həmiltonun yaşadığı problemləri dəyərləndirərək, liderliyə yüksəlmişdi. Daniel yarışın sonuna qədər bu üstünlüyünü qoruyaraq, Formula1 tarixinin ilk Azərbaycan Qran Prisində qalib gəlmişdi.

Qeyd edək ki, zəfərə gedən yolda, Daniel bir döngədə üçlü ötmə etməklə, “Mövsümün ən yaxşı ötməsi” mükafatını da qazanmışdı. Belə ki, o, 4-cü yer uğrunda mübarizədə Ləns Stroll, Niko Hülkenberq və Ləns Strollu-u birdən keçərək, sözün əsl mənasında bir daşla 3 quş vurmuşdu.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*