Bakı Şəhər Halqasında yaddaqalan anlar – İki qırmızı öküzün başı bir qazanda qaynamaz

2018-ci ilin Azərbaycan yarışı da yaddaqalanlar arasındadır. Həmin yarışı Lyuis Həmilton qazansa da, diqqət mərkəzinə Red Bull komandasının sürücüləri düşmüşdü.

F-1.az xatırladır ki, yarış insidetlərlə başlamış və startda Okonla Rəykkönen, Sirotkinlə Alonso təmas yaşamışdılar. Bu da onu göstərirdi ki, Bakının dar küçələrində Formula1 azarkeşlərini yeni sürprizlər gözləyir. Elə də oldu…

İlk dövrədəki insidentlərdən sonra demək olar ki, standart bir yarış izləyirdik. Amma 40-cı dövrədə Red Bull komandasının sürücüləri qəza edərək yarışın taleyini dəyişdirilər. Daniel Rikkardo pit-stoplardan sonra Ferstappenə hücum edərkən, hollandiyalı sürücü bir neçə dəfə yön dəyişdirmiş və bunun nəticəsində avstraliyalı sürücü komanda yoldaşına arxadan çırpılmışdı. Beləliklə, 2017-ci ildə mümkünsüzü bacararaq qalib gələn və əsl qəhrəmana çevrilən Daniel Rikkardo bu il yarışın anti-qəhrəmanlarından biri olmuşdudu. Xatırladaq ki, bu yarışdan əvvəl sonuncu dəfə 2010-cu ilin Türkiyə yarışında Red bull komandasının sürücüləri Sebastyan Fettel və Mark Vebber bir-birlərilə təmas yaşamışdılar. Belə görünür ki, “qırmızı öküzlər” türk diyarında daha qızğın və aqressiv olurlar… Bəs bu il necə? Yenə eyni hal yaşanacaq? Ferstappenlə Peres komandadaxilində aləmi qatacaqlar? Gözləyək görək.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*