Bakı Şəhər Halqasında yaddaqalan anlar – ilk qalib Niko Rosberq

Ölkəmizdə ilk Formula1 yarışı 17-19 iyun 2016-cı il tarixində keçirilmişdi. Tədbirin odövrkü adı Avropa Qran Prisi idi.

F-1.az xatırladır ki, Avropa Qran Prisi təqvimdə 8-ci mərhələ idi. İlk yeddi yarışdan sonra iki Mercedes pilotu Niko Rosberq və Lyuis Həmilton titul uğrunda mübarizə aparırdılar. Bakıda da məhz bu iki sürücü əsas favoritlər idilər.

Sıralanma turunda Lyuis Həmilton daha üstün görünsə də, dövrün üçqat Dünya Çempionu sıralanma turunun son sessiyasında qəza etmiş və 10-cu yerə razı olmuşdu Niko Rosberq isə Bakı Şəhər Halqasında poul qazanan ilk sürücü kimi tarixə düşmüşdü.

Almaniyalı sürücü pouldan başladığı yarışda heç kimi önə buraxmadı və yarışboyu lider getdi. Bundan başqa sürətli dövrəni də vurdu. Beləliklə, Niko Rosberq karyerasının ikinci Böyük Dəbilqəsini Azərbaycanda etmiş oldu.

Bundan sonra Rosberq azərbaycanlı Formula1 fanatları arasında da məşhurlaşmışdı. Amma o mövsümün sonunda Dünya Çempionluğunu qazandıqdan 6 gün sonra karyerasını bitirdiyini açıqlamışdı. Beləliklə, azərbaycanlı avtoidman həvəskarları onu bir də Bakı Şəhər Halqasında yarışan görmədilər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*