Bakı Şəhər Halqası beynəlxalq avtoidman cəmiyyətinin nümayəndələri ilə öz təcrübəsini bölüşüb

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nümayəndə heyəti keçən həftəsonu Moscow Raceway avtodromunda keçirilmiş Russian Motorsport Forum adlı beynəlxalq avtoidman forumunda iştirak edib.

F-1.az xəbər verir ki, Rusiya və ona yaxın regionda yerləşən ölkələrdən ümumilikdə 250-dən çox avtoidman nümayəndəsinin iştirak etdiyi forumda bölgədə mövcud çətinliklərin həlli və avtoidmanın gələcək inkişafı müzakirə olunub.

Tədbirdə milli və beynəlxalq yarışların təşkilatçıları, federasiya və aparıcı komandaların nümayəndələri, avtodrom rəhbərləri, sahibkarlar və avtoidman jurnalistləri iştirak ediblər.

BŞH-nın nümayəndələri ilə yanaşı KamAZ Master, Rusiya Dairəvi yarışların nümayəndələri, Moscow Raceway, Nürburqrinq avtodromu, Kaspersky Lab, Volkswagen, Renault və Petronas kimi şirkətlərin nümayəndəli də foruma qatılıblar.

Bakıda keçirilmiş Avropa Qran Prisinin təşkilatçısı Arif Rəhimov forumda çıxış edərək şəhər yarışlarının təşkili prosesindən danışıb və gələcək mövsümlə əlaqədar planları tədbir iştirakçıları ilə bölüşüb. BŞH-nın icraçı direktoru Arif Rəhimov öz çıxışında qarşıda duran vəzifələr və Bakı mərhələsinin əldə etdiyi dividentlər barədə də iştirakçılara ətraflı məlumat verib: “İlk yarış bizim gözləntilərimizdən də yüksək səviyyədə keçdi. Bütün pilotlardan, Formula1 və FİA təşkilatçılarından müsbət rəylər aldıq. Bakının mərkəzi küçələrində keçirilmiş şəhər yarışının təşkili ideyası hərtərəfli şəkildə özünü doğrultdu, həmçinin Azərbaycanın dünyada özünü tanıtmasına və şəhər-biznes cəmiyyətinin turistlərin axını ilə iqtisadi cəhətdən inkişafına öz töhfəsini verdi.

Digər tərəfdən dekabrın 1-dən etibarən növbəti Avropa Qran Prisi üçün 30%-dək endirimlə biletlərin satışına başlayırıq və Rusiyada və qonşu ölkələrdə olan Formula1 azarkeşlərini bu fürsətdən yararlananraq növbəti il Bakıda keçiriləcək yarışa dəvət edirik.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*