Bakı Şəhər Halqası barədə – Stoffel Vandorn: “Yüksək sürət, uzun düzlük, sıx mübarizə və sərt əylənmələr”

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az McLaren komandasının sürücüsü Stoffel Vandornun fikirlərini təqdim edir.

Stoffel Vandorn: “Bakıdakı ilk yarışımı gözləyirəm. Mən trasla keçən ildən tanışam – simulyatorda işləmiş və mühəndislərimizə yeni trası tədqiq etməkdə köməklik göstərmişdim. Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digərlərindən fərqlənir – yüksək sürət, uzun düzlük, sıx mübarizə və sərt əylənmələr. Mühəndislər üçün asan olmayacaq. Bakıda  yanacağın yüksək sərfiyyatı və ERS sisteminin çox yüklənməsi ilə qarşılaşırıq. Biz optimal sazlanmaları tapmalı və həftəsonu ərzində tətbiq etməliyik.

Kanada yarışı komandanı məyus edib, Bakıda da ciddi irəliləyiş gözləmirik. Hər kəs problemlər üzərində gərgin işləyir və biz gələcəyə baxırıq. Bu həftəsonu da sona qədər mübarizə aparmağa çalışacağıq. Bu, bizim həmişəki yanaşmamızdır, maşından maksimumu almağa çalışacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*