Bakı Şəhər Halqası barədə – Niko Hülkenberq: “Trasın bəzi yerlərinə baxanda deyə bilərik ki, Monte Karlo çox geniş trasdır!”

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Renault komandasının sürücüsü Niko Hülkenberqin fikirlərini təqdim edir.

Niko Hülkenberq: “Bakı Formula1 üçün yenidir, buna görə də, maraqlıdır. Qədim şəhərin dar küçələrində bolidi yaxşı idarə etmək üçün və konfiqurasiyanı tam əzbərəmək üçün vaxt lazımdır. Bakı – ekzotik şəhərdir və digərlərinə bənzəmir. Orada bir neçə gözəl və qədim evlər var. Trasın ən dar hissəsi kərpicdən olan qala divarının yanından keçir – bu, nadir haldır. Bakı Şəhər Halqasının bəzi hissələrinə baxanda deyə bilərik ki, Monte Karlo çox geniş trasdır!

Bir neçə yerdə hasarın lap yanından keçirik ki, bu da cəsarət tələb edir. Bu, təqvimdəki ən sürətli şəhər trasıdır. Uzun düzlükdə və onun sonundakı kəskin döngədə ötmələr etmək mümkündür. Yarışı səbirsizliklə gözləyirəm. Bu il maşınlar daha enlidirlər və trasın ən dar hissəsindən keçmək çox maraqlı olacaq.

Keçən il bura bütün sürücülər üçün tanış olmayan tras idi. İlk yarış mənim üçün uğurlu keçmişdi. Sıralanma turunda 12-ci olmuşdum və finiş xəttini doqquzuncu keçərək 2 xal qazanmışdım. İlk məşqləri xatırlayıram – tras çox xoşuma gəlmişdi. Ümid edirəm ki, bu həftəsonu da eyni zövqləri alaram. Maşının potensialını da nəzərə alaraq yaxşı nəticəyə ümid edirəm”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*