F-1.az Red Bull komandasının sürücüsü Maks Ferstappenin fikirlərini təqdim edir.
Maks Ferstappen: “Məncə, Bakı trası digərlərinə heç bənzəmir. Tras təkcə uzunluğu ilə yox, həm də təqvimdəki ən dar döngələri ilə unikaldır. İkinci sektorun bəzi hissələri Monako trası kimi dar və çətindir. Köhnə şəhərin qala divarlarının yanından keçən hissə xüsusilə çətindir, lakin tamaşaçılar burada gözəl mənzərədən həzz alırlar. Trasın bu hissəsini çox sevirəm. Uzun düzlükdə isə bir qədər dincələ bilirik.
Biz paddokun yaxınlığında yerləşən yeni oteldə qalırıq. Keçən il şəhəri gəzə bilməmişdim. Yarışarkən qala divarlarının yanından keçmək xoşdur, amma bununla kifayətlənmək istəmirəm. Bu dəfə axşam saatlarında Bakının görməli yerlərini gəzməyə çalışacam”.