F-1.az McLaren komandasının sürücüsü Fernando Alonsonun fikirlərini təqdim edir.
Fernando Alonso: “Bakı çox gözəl şəhərdir. Keçən il debüt yarışı uğurla keçdi. Azərbaycana qayıtmağı səbirsizliklə gözləyirəm. Mən ötən il yarışın səfiri olduğum üçün, həmkarlarımla müqayisədə, Bakıda daha çox vaxt keçirmişəm. Bakı Formula1 üçün əla yerdir. Biz tarixin mərkəzində yarışırıq. Qədim qala divarları unikal atmosfer yaradır.
Kanadada biz xala yaxın idik, lakin son anda əldən verdik. Bakıya daha böyük əzmlə gedirik, amma başa düşürük ki, komanda üçün çətin həftəsonu olacaq. Mən güc qurğusuna görə startda xeyli yer itirməli olacam. Nəzərə alsaq ki, tras dar və sürətlidir, döngələr çox çətindir, mənim üçün heç də asan olmayacaq. Amma mümkün olmayan heç nə yoxdur – mübarizə aparacağıq.
Bakı Şəhər Halqası təqvimdə ən sürətli şəhər trasıdır. Sürücülər üçün divarlar sizi hər tərəfdən əhatə edəndə yüksək sürətdə yarışmaq maraqlıdır. Start yarışın əsas və həlledici məqamlarından biri olacaq. Buna görə də biz cümə günündən etibarən yaxşı işləyəcəyik ki, sıralanmada qənaətbəxş nəticə əldə edək”.