Bakı Şəhər Halqası barədə – Daniil Kvyat: “Yolun dar hissəsində divarlarla öpüşürsünüz”

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Toro Rosso komandasının sürücüsü Daniil Kvyatın fikirlərini təqdim edir.

Daniil Kvyat: “Bakı trası unikaldır və orada yarışmaq möhtəşəmdir. Möhtəşəm konfiqurasiya, olduqca uzun düzlük, sonra isə yolun çox dar hissəsi – burada divarlarla öpüşürsünüz. Trasın bu hissəsində iki maşının yanaşı getməsi üçün yer yoxdur. Bakı Şəhər Halqasında “Monako sektoru” və “Montsa sektoru” var, buna görə də xüsusi trasdır və çox xoşuma gəlir.

Keçən il sıralanmta turunda yaxşı çıxış etdik. Maşının tempindən razı qaldıq. Mən yeddinci yeri tutdum və altıncı yerdən start aldım. Təəssüf ki, finişə qədər gedə bilmədim. Ümid edirəm ki, bu həftəsonu hər şey uğurlu alınacaq.

Bakıda biz trasa çatmaq üçün uzun yol getmirik, düz yanında qalırıq. Səhər oyanırsan və bir qədər sonra işdəsən!

Ötən il Bakını gəzmək istəsəm də, buna vaxtım olmadı. Amma mən bunu etməyi çox istəyirəm – Bakıda qədim şəhər və müasir memarlıq çox gözəl uzlaşır. Gəzmək proqramıma daxil olan yerlərdən biri Heydər Əliyev Mərkəzidir!

Biz hər yarışı ilk onluqda bitirməyə çalışırıq, lakin əvvələr buna nail ola bilmirdik. Ümid edirəm ki, biz yaxşı çıxış edəcəyik və xallar qazanacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*