F-1.az bildirir ki, əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ rənglərinə boyanacaq.
Bundan başqa, bulvar ərasizində yerləşən Formula1-in azarkeşlər zonasında Bakcell üçün xüsusi yer ayrılacaq. Həmçinin, şirkət yarış həftəsonu ərzində tras ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.