B.Tsender: 2023-cü il bahalı il olacaq

Sauber-in idman direktoru Beat Tsender bildirib ki, loqistika xərcləri yüksəldiyi üçün 2023-cü il Formula1 tarixinin ən bahalı mövsümü olacaq.

F-1.az xatırladır ki, Dünyanın hər yerində böhran var və həyat get-gedə bahalaşır. Formula1 də bundan təsirlənir. Xüsusən də, yol, otel və karqo xərcləri çox yüksəlib. Qiymətlər yüksəldiyi üçün 2023-cü ildə komandaların xərci daha da artacaq.

Beat Tsender: “Britaniyadakı otellərin qiyməti hər il 25 faiz bahalanır. Ostindəki otellər də artıq dolub. Orada 10 yataq artırmaq istəsək də, yer yox idi.

Digər problem isə koronavirusdan sonra hava yollarının hələ də baha olmasıdır. Məsələn, Melburndan qayıdanda işçilərimizi gətirməkdə çətinlik çəkirik. Təqvim açıqlanmamışdan əvvəl belə bütün reyslər dolmuşdu. Yerlər boşalanda belə biletə gərək ikiqat pul verək. 2023-cü il bizim üçün çox bahalı olacaq”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*