F-1.az xatırladır ki, “qırmızılar” testlərdə ən sürətli dövrəni vursalar da, mövsümün ilk yarışı Avstraliyada lider Mercedes-dən təxminən bir dəqiqə geri qalıblar.
Bruno Senna: “Ferrari yaxşı olsa da, Mercedes mükəmməldir. Ancaq ilk yarış bütün mövsümün necə keçəcəyini göstərə bilməz. Avstraliya Ferrari üçün pis oldu. Unutmayaq ki, Albert Park qəribə trasdır. Buna görə də bolidin səviyyəsini dəyərləndirmək üçün vacib yer deyil. Ferrari növbəti Bəhreyn yarışında daha güclü olacaq”.