B.Hartli: “Yenilikləri ciddiyə almırdıq”

Toro Rosso komandasının sürücüsü Brendon Hartli aldıqları nəticəyə görə təəccübünü gizlətməyib.

F-1.az xatırladır ki, Pyer Qasli bugünkü yarışa 5-ci, Brendon Hartıi isə 11-ci yerdən başlayacaq. Qeyd edək ki, hər iki sürücü də Avstraliyada sıralanma turunda ikinci sessiyaya çıxa bilməmişdi.

Brendon Hartli: “Performansımız cəsarətvericidir. Məncə, yeniliklərin faydasını ciddiyə almırdıq, amma çox böyük fərq yaratdılar. Ancaq əksər hallarda əksi olur. Bilirdim ki, güclü olacağıq, amma yeniliklərin belə performans gətirəcəyi gözlənilən deyildi. Komandada heç kim bunu gözləmirdi. Təbii ki, çətin olacaq. Melburnda çox zəif idik. Burada isə böyük addım atdıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*