F-1.az xatırladır ki, Ostində yeni zelandiyalı sürücü 39 nömrəsi ilə debüt etmişdi. Amma Meksikada və mövsümün qalan yarışlarında onun Toro Rosso-sunda 28 nömrəsini görəcəyik. Hartli bu nömrə altında 2011-ci ildə Renault Dünya Seriyasında çıxış etmişdi.
Formula1-də sonuncu dəfə 28 nömrəsi ilə 2015-ci ildə Manor komandasının sürücüsü Uill Stivens yarışmışdı…