F-1.az xatırladır ki, Toro Rosso komandası mövsümün son yarışına ən yaxın izləyicisi Renault-dan 4 xal öndə başlasa da, Hülkenberqin yarışda 6-cı olaraq komandasına 8 xal qazandırması ilə 7-ci yerə geriləyib və buna görə də 6.5 milyon dollara qədər pul itirib.
Brendon Hartli: “Çempionatda 6-cı yeri qorumaq bizim üçün yoxuşu yuxarı dırmanmaq kimi idi. Amma əldən verdik və məyusuq. Lakin müsbət düşünməyə çalışıram. Komanda ilə son həftələrdə çox şey öyrəndim və özümü evdəki kimi hiss edirəm. Gələn il daha güclü olacam”.